Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə Ahlat rayonunda möhtəşəm bayraq yürüşü keçirilib - VİDEO
Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley mərasimləri rəngarəng proqramlarla davam edir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Bitlis rayonunun Ahlat rayonunda avqustun 24-də təşkil olunan proqramlardan sonra 150 metr uzunluğunda Türkiyənin dövlət bayrağı ilə yürüş təşkil olunub.
Türkiyə bayrağını çiyinlərində daşıyan izdiham rayonun mərkəzi ilə hərəkət edib.
Yerli ictimaiyyət tərəfindən izdihamla qarşılanan yürüşdə Bitlis valisi Oktay Çağatay, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Vedat Dəmiröz, AKP Bitlis millət vəkili Cemal Taşar, Ahlat rayon bələdiyyəsinin sədri Abdülalim Mümtaz Çoban və digər rəsmi şəxslər dövlət bayrağını çiyinlərində daşıyan aksiyaçılarla birlikdə irəlidə yüyürüblər.
Bayraq yürüşü “Mehtəran” birliyinin “Mehtər marşı”nın sədaları altında həyata keçirilib.
Xatırladaq ki, bu gün Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley mərasimləri başa çatacaq.
Ahlat rayonunda tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətini tanıtma çadırı fəaliyyətini davam etdirəcək. Naxçıvan Dövlət Filarmoniyasının “Şuşa” muğam qrupu yenə də möhtəşəm ifası ilə Azərbaycan çadırının qurulduğu məkanda musiqisevərlərin könlünü oxşayacaq.