Erməni hüquq müdafiəçisi: “Ermənistanda valideynlərin övladlarını orduya göndərmək istəyini aradan qaldırırlar”
“Ermənistanda elə şərait yaradılır ki, valideynlər övladlarını orduya göndərmək istəmirlər”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın ilk ombudsmanı, erməni hüquq müdafiəçisi Larisa Alverdyan deyib.
“Əvvəlcə valiydenlərə deyirdilər ki, övladları qulluq etmək üçün Qarabağa getməyəcəklər. Lakin indi söhbət orduda elə bir atmosfer yaradılmasından gedir ki, valideynlər ümumiyyətlə övladlarını ora göndərmək istəməsinlər”, - deyə o qeyd edib.
Alaverdyan deyib ki, Ermənistanda valideynlərin övladlarını orduya göndərmək istəyini aradan qaldırırlar.