Ermənistan parlamentində yenə dava düşüb - VİDEO
Ermənistanın qanunverici orqanının bugünkü iclasında qalmaqal yaşanıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını təmsil edən Hayk Sarkisyanın çıxışı müxalif deputatların qəzəbinə səbəb olub.
H.Sarkisyan iqtidarın siyasətini müdafiə edən çıxışı zamanı Ermənistanın bütün keçmiş müdafiə nazirlərini satqın adlandırması ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının deputatları tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Müxalifətçilər H.Sarkisyana butulka atıb, sonradan bütün fraksiyalar bir-birinə butulka atmağa başlayıb, insident böyüyüb.
Qeyd edək ki, dünən də Ermənistan parlamentində qarşıdurma yaranmışdı.