Dünyanın ən böyük müşahidə çarxı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində istifadəyə veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi rəsmi Emirates agentliyinə istinadla xəbər verir ki, artıq nəhəng çarxın inşası başa çatıb.
Oktyabrın 21-də istifadəyə verilməsi nəzərdə tutulan “Ayn Dubai” müşahidə çarxı Mavi su adasında inşa edilib və kondisionerlə təchiz edilmiş 48 kabinədən ibarətdir. Bundan başqa, 250 metr hündürlükdə olan bu konstruksiyaya eyni vaxtda 1750 nəfər minə biləcək. “Ain Dubai”nin təxminən 38 dəqiqə davam edəcək hər turunda səyahətçilərə 360 dərəcəlik fasiləsiz şəhər mənzərəsi təqdim olunacaq. Müşahidə çarxının üzərində quraşdırılmış LED lampalar sayəsində axşam turu daha əsrarəngiz olacaq. Eyni zamanda, VIP kabinələrdə müştərilərə iaşə xidməti də göstəriləcək. Müşahidə çarxının ətrafında incəsənət festivalları və sərgilərin təşkili də nəzərdə tutulur.