Ermənistanda məktəblilərin çoxu mətnləri cəld oxuya bilmir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu müxalif "Ayastan" ("Ermənistan") fraksiyasından olan deputat Armen Qevorkyan Ermənistan parlamentinin iclasında deyib.
Ermənistan parlamentinin üzvü Dünya Bankının öyrənmə yoxsulluğu indeksinin məlumatlarına istinad edərək bildirib ki, təxminən hər üç məktəbli Ermənistanda ibtidai məktəbi bitirdikdən sonra yaşlarına uyğun çətinlik səviyyəsinin mətnini cəld oxuya bilmir.