Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətdə kadr dəyişikliyi edib. O, ölkənin baş naziri Andrey Kobyakovu istefaya göndərib, bu posta Sergey Ruması təyin edib.
NUHÇIXAN BelTA agentliyinə istinadla xəbər verir ki, Prezidentin bu qərarına Lukaşenkonun Orşaya rayonuna səfəri zamanı oradakı vəziyyətdən narazı qalması səbəb olub. O, pis idarəetmə, səmərəsiz iş və adi işçilərin acınacaqlı iş şəraitini görərək qəzəblənib. Hökumət üzvləri ilə görüşdə Lukaşenko məmurların öz vəzifələrinə məsuliyyətsiz yanaşdığını deyib, Baş nazirlə yanaşı, sənaye naziri Vitali Vovku, memarlıq və tikinti naziri Anatoli Çernini də vəzifələrindən azad edib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.