Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib

A- A A+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilib. NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, avqustun 18-də partiyanın Ankarada keçirilən növbədənkənar VI qurultayında partiya sədrinin seçkisi yekunlaşıb. Seçkinin yekunlarına əsasən, qeydə alınmış 1457 nümayəndədən 1381-i səsvermədə iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğanın etibarlı səslərdən 1380-nin (1 səs etibarsız sayılıb) hamısını alaraq yenidən AKP sədri seçildiyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: