Ermənistan hökuməti seçkilərdən dərhal sonra yeni formalaşacaq parlament müxalifətinin iddiaları fonunda sürprizlərdən sığortalanmaq üçün kompleks tədbirlər planı hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu iddia ilə bu ölkənin “Joğovord” qəzeti çıxış edib.
Qəzetin iddiasına görə, hakimiyyət müxalifətin neytrallaşdırılması, yarana biləcək qarşıdurmanın minimuma endirilməsi, ram olunması məsələlərini müzakirə edir.
"Nikol Paşinyan iyul ayında yeni parlamentin iş sxemini də hazırlayıb, vaxtaşırı olaraq komandada rəhbərliyə daxil olan şəxslər dəvət olunaraq bu məsələ müzakirə edilib. Məhz həmin vaxtlarda parlamentə rəhbərlik məsələsi təsdiq olunub. Paşinyandan sonra ikinci "natiq" kimi tanınan Alen Simonyanın kifayət qədər aqressiv olması, müxalifəti ram edəcək “keyfiyyətləri” nəzərə alınaraq onun parlament sədrliyi məsələsi həllini tapıb. Onun müavinləri də təxminən oxşar göstəricilərinə görə müəyyənləşib. Parlamentdə “hücum dəstələri” yaradılması ideyası da o müzakirələrin aparıcı mövzularından olub. Qərara gəlinib ki, istənilən vaxt müxalifəti susdurmağa və onları məğlub etməyə hazır olan “qırğılar”dan ibarət xüsusi qrup yaradılsın. İqtidarın “intellektual dəstəsini” formalaşdırmaq ideyası da belə müşavirələrdən birində yaranıb və dərhal həlini tapıb.
Aparılan müzakirələrdə jurnalistlərin hərəkətinin məhdudlaşdırılması, onların “lokallaşdırılması” məsələsi ortaya çıxıb və bu “xırda məsələnin” həlli təhlükəsizlik xidməti əməkdaşlarına həvalə edilib”, - deyə qəzet yazır.