NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərə istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərin valideynləri və digər ailə üzvləri Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Məlumata görə, onlar gecəni hökumət binasının qarşısında keçiriblər. Valideynlərin bəziləri bu gün səhər görüş üçün hökumət binasına daxil olublar.
Xatırladaq ki, dünən axşam saatlarından itkin düşənlərin yaxınları hökumət binası qarşısına toplaşıblar. Onlar qalıqların DNT testinin nəticələrini tanımaqdan imtina edirlər.
İtkin düşənlərin yaxınlarını aksiyaya qoşulmağa çağıran Arsen Qukasyan deyib ki, detalları açıqlamaq istəmir, lakin övladlarının probleminin fərqli müstəvidə olduğuna dair məlumatlar var. Bu barədə görüşdə bildiriləcək.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl bildirib ki, ölkəsi Qarabağ müharibəsi zamanı 3773 hərbçisini itirib, 243 nəfər isə itkin düşüb.