Amerikanın “SpaceX” şirkəti “Falcon 9” daşıyıcı raketini “Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ehtiyatların artırılması üçün 23-cü kommersiya missiyası çərçivəsində kosmik gəmi Kanaveral burnundan (Florida ştatı, ABŞ) start götürüb. “Dragon”un stansiya ilə kəsişməsi avqustun 30-na gözlənilir.
“Dragon” stansiyaya elmi eksperimentlərin aparılması üçün müxtəlif avadanlıq, o cümlədən görmə ilə bağlı problemləri müəyyən edə bilən və onunla mübarizə aparmağa imkan yaradan cihazlar çatdıracaq. Bundan başqa, o, faydalı materiallar, o cümlədən beton, kompozitlər və radiasiya təsirindən qoruya bilən maddələr aparacaq.
Beynəlxalq Kosmik Stansiyaya bundan əvvəlki yük iyunun 3-də göndərilib. O zaman orbital kompleksə təqribən 3,3 ton yük, o cümlədən ərzaq, silsilə elmi eksperimentlər üçün materiallar, hətta iki günəş batareyası çatdırılıb.