Türkiyənin Kütahya vilayətinin Altıntaş rayonunda 5 bal gücündə yeraltı təkan qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 14:04-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.