Dünya bazarında yarımkeçirici çatışmazlığı səbəbindən, İsveçin avtobus və yük maşınları istehsalçısı “Scania” fəaliyyətini müvəqqəti dayandıracaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa qitəsində ən böyük avtobus və yük maşını istehsalçılarından sayılan “Scania”, bu həftə qitədəki fabriklərində istehsalı dayandıracağını elan edib.
Keçən il qlobal prosessor çatışmazlığı bir çox sahədə istehsalda ciddi gecikməyə səbəb olub və avtomobil istehsalının azalmasına səbəb olub.