Türkiyə PUA-ların Suriyadan Qarabağa qədər bir çox münqaişə zonalarında, həmçinin, terrorizmə qarşı mübarizədə uğurlu tətbiqi, bu gün bütün dünyanın dilindədir
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu sözləri türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti nəzdində Dəniz və Hərbi-Hava Akademiyasının məzunlarına diplomların təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.
Türkiyənin tanklar, artilleriya qurğuları, raketlər, radarlar, bombalar, tüfənglər daxil olmaqla müxtəlif müdafiə sanəyesi məhsulları istehsal edə biləcək ölkəyə çevrildiyini vurğulayan Prezident, son onilliklər ərzində Türkiyə Silahlı Qüvvələrinin və ölkənin hərbi–sənaye kompleksinin böyük uğur əldə etdiyini qeyd edib.