İşğaldan azad edilmiş ərazilərdə aparılan möhtəşəm quruculuq işləri erməniləri heyrətə gətirir

A- A A+

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı möhtəşəm bərpa və quruculuq işlərini ermənilər heyrətlə izləyirlər. Yollar və tunellərdən əlavə, Şuşada genişmiqyaslı tikinti işləri aparılır və bu mənzərə Xankəndidən aydın görünür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın “Hrabarak” qəzeti yazır.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində aparılan tikinti və quruculuq işlərindən bəhs edən redaksiya yazısında elektrikləşmə işlərinin həcmi bu cür göstərilir: “Şuşaya aparan yolda sovetlər dövründə tikilən elektrik yarımstansiyasının yaxınlığında bütün şəhəri təmin edəcək gücdə olan yarımstansiya istifadəyə verilib. Bu yarımstansiyanın tikilməsi üçün isə bir-neçə ay vaxt lazım olub”.

Qəzet işğaldan azad olunmuş digər ərazilərdə aparılan tikinti işləri ilə yanaşı, Şuşada görülən quruculuq işləri ilə bağlı heyrətini gizlədə bilmir: “Şuşanın möhtəşəm işıqlandırılması Stepanakertdən (Xankəndi- red.) aydın görünür. Yollarda isə Rusiya və Azərbaycan sərhədçiləri dayanıb”.

Qəzet, həmçinin bu mövzuda geniş materialın dərc ediləcəyinin anonsunu verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: