"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qüsurlar ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və Filippində qeydə alınıb.
Nasazlıqlarla üzləşən istifadəçilərin 52 faizi mobil tətbiqin işi ilə bağlı, 23 faizi saytın işi ilə bağlı, 25 faiz istifadəçi isə serverə qoşulma ilə bağlı şikayət edib.