“Moonfall” elmi-fantastik filminin treyleri nümayiş olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, elmi-fantastik filmləri ilə tanınan, alman əsilli məşhur rejissor Roland Emmerichin növbəti filmi olan “Moonfall”ln treylerində inanılmaz xüsusi effektlər, möhtəşəm görüntülər və hərəkət səhnələri yer alır.
Filmin hekayə konsepsiyasına görə, naməlum bir qüvvənin təsiri ilə, Yer kürəsi ilə sinxronizə olunmuş şəkildə hərəkət edən Ayın dövretmə istiqaməti dəyişdirilir. Bir qrup adam, Ayın Yer kürəsinə yaxınlaşmasının qarşısını almaq üçün dünyanı xilas etməyə çalışır.