Türkiyədə yük qatarı ilə mikroavtobusun toqquşması nəticəsində altı nəfər həlak olub

A- A A+

Türkiyənin Tekirdağ vilayətində yük qatarı ilə mikroavtobus toqquşub. İlkin məlumata əsasən, hadisə nəticəsində altı nəfər həlak olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qəza Tekirdağın Ergene rayonunda baş verib. Hadisə nəticəsində yaralıların da olduğu bildirilir.

Bölgəyə xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: