Rusiyada “SSRİ xalqlarının soyqırımı”, “faşizm”, “nasizm” kimi anlayışlarla bağlı qanun layihəsi hazırlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya prokuroru İqor Krasnov məlumat verib.
Onun sözlərinə görə, sənədə Nürnberq beynəlxalq hərbi tribunalının nizamnaməsində nəzərdə tutulmuş prinsiplərin möhkəmləndirilməsi, nasizmin təbliğinin qadağan olunması, arxiv sənədlərinin hüquqi statusunun tənzimlənməsi və sair məsələlər daxil edilib.
Baş prokuror nasizmin təbliğinin və ona bəraət qazandırılmasının ekstremizmə bərabər tutulmasını təklif edib.