Türkiyədə koronavirus əleyhinə vurulan peyvənd üçün yaş həddi aşağı salınıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd edilir ki, bundan sonra 12 yaşdan yuxarı uşaqlar valideynlərinin razılığı ilə vaksinasiyadan keçə biləcəklər. Bununla bağlı açıqlama yayan Türkiyə Səhiyyə Nazirliyi bildirib ki, artıq peyvəndlənmə sistemi 12 yaşdan yuxarı uşaqlara da açıq olacaq. İlk növbədə xroniki xəstəlikləri olan uşaqlara peyvənd edilməsi məsləhət görülüb.
Xatırladaq ki, Türkiyədə son sutka ərzində koronavirusdan 269 nəfər ölüb.
Qeyd edək ki, Azərbaycanda da artıq istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.
16-18 yaşlı yeniyetmələrin peyvəndlənməsi üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.