Türkiyənin Antalya vilayətinin Kumluca rayonunda 4.5 bal gücündə yeraltı təkan qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 14:14-də baş verib. Dağıntı və xəsarət alanların olmadığı bildirilir.
Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.