Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edib.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan Türkiyə ilə diplomatik münasibətlərin qurulması, sərhədlərin açılmasından danışıb.
“Türkiyə prezidenti Ermənistanla münasibətlərin nizamlanmasından danışıb. Bu açıqlamalarda Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması, avtomobil və dəmir yolu xətlərinin açılması imkanını görürük. Biz bu cür danışıqlara hazırıq”.
Paşinyan regionun Şərqlə Qərb və Şimalla Cənub arasında birləşdirici rol oynaya biləcəyini söyləyib. Ermənistan hökumət rəhbəri Rusiya, ABŞ və Fransanın da Ankara ilə münasibətlərin bərpasına dəstək verdiyini əlavə edib.