Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin əsgərləri terrorçuların hücumuna məruz qalıb. Hücum nəticəsində Türkiyə ordusunun iki əsgəri şəhid olub, üçü isə yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bölgədə axtarış-təmizləmə əməliyyatları həyata keçirən hərbçilərin hərəkətdə olduğu zaman hücuma məruz qaldıqları bildirilib. Hücum nəticəsində yaralı hərbi qulluqçular dərhal xəstəxanaya yerləşdiriliblər.