İstanbulun mərkəzində V əsrə aid olan tikili tapılıb - FOTOLAR
İstanbulun mərkəzi yerlərindən olan Şişli rayonunda aparılan qazıntı işləri zamanı V əsrə aid tikili tapılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yerin 1 metr 20 santimetr dərinliyində tapılan qalıqlar arxeoloqlar tərəfindən araşdırılıb. Altı metr yüksəkliyi, iki metr qalınlığı olan bu tikilinin böyük ehtimalla Bizans dövrünə aid "Haliç divarları"nın bir hissəsi olduğu müəyyən edilib.
Tikilinin restovrasiya ediləcəyi bildirilir.