Rusiyanın İrkutsk vilayətində qəza enişi etmiş “L-410” təyyarəsinin bütün sərnişinləri sağ qalıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kazaçinsk yaşayış məntəqəsinə uçan təyyarə mənzil başına çatanda iki dəfə eniş etməyə cəhd göstərib, lakin radarlardan itib. Sonradan göyərtəsində 14 sərnişin və 2 heyət üzvü olan təyyarənin Kazaçinskdən 4 kilometr aralıda meşəyə düşdüyü məlum olub.
İlkin məlumata görə, sərnişinlərin hamısı sağdır. Bir nəfər ağır yaralıdır.
Qəzaya dumanlı hava şəraitində pilotların səhvi və mühərrikdə yaranmış nasazlığın səbəb olduğu bildirilir.
Qeyd edək ki, ikimühərrikli “L-410” təyyarəsini Çexiyanın “Let” müəssisəsi 1960-cı illərdən istehsal etməyə başlayıb. Təyyarələr 1973-cü ildən istismara buraxılıb.