NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xarici qabığının kıvrımlarındakı inkişaf daha asan araşdırıla bilər.
Nevrologiya mütəxəssisi, professor Sultan Tarlacının bu kəşfilə insan beyninin təzyiqi və həcmindəki dəyişiklikləri də 3D formatında araşdırma imkanı əldə ediləcək.