“Koronavirus pandemiyası və müharibə nəticəsində Ermənistan iqtisadi cəhətdən son dərəcə ağır vəziyyətə düşüb, bunun ciddiliyini hələ az adam dərk edir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr bildirib ki, bu ilin yanvar-fevral aylarında Ermənistanda artıq dövlətin maaş və pensiyaları ödəyə bilməyəcəyi barədə şayiələr yayılması təsadüfi deyil.
“Ölkənin sosial-iqtisadi vəziyyətinin aylar ərzində ən azından müəyyən qədər sabitləşə biləcəyi görünürdü, amma bunun əlamətləri yoxdur. Zaman keçdikcə yeni problemlər ortaya çıxır”, - deyə nəşr qeyd edib.