Ermənistan Silahlı Qüvvələri Hərbi-tibb idarəsinin rəisi Saak Ohanyan tutduğu vəzifədən azad edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Aysor” yayıb.
Bildirilib ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq sərəncam imzalayıb.
Məlumata görə, Armen Sarkisyanın başqa bir sərəncamı ilə Ermənistan Silahlı Qüvvələri Silahlanma İdarəsinin rəisi Poqos Poqosyan da tutduğu vəzfədən azad edilib.