Almaniyanın “Mercedes-Benz” avtomobil istehsalçısının Macarıstanda yerləşən zavodları ehtimal ki, öz istehsalının bir hissəsini azaldacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, ehtiyat hissələrinin çatışmazlığı və sifarişlərin səviyyəsinin aşağı düşməsi səbəbindən baş verə bilər. Macarıstanda ən əsas avtomobil zavodu ölkənin cənubunda, Keçkemet şəhərində yerləşir. Onunla bərabər, bütün ölkə üzrə bir sıra kiçik sexlər fəaliyyət göstərir. Bildirilir ki, bu günlərdə Almaniyanın Raştatt şəhərində də istehsal dayandırılacaq. Bremendəki zavod və onun Zindelfingendəki bəzi bölmələri artıq məhsul buraxılışını dayandırıblar. Bunun nəticəsində zavodun neçə əməkdaşının zərər çəkəcəyi barədə hələ ki, məlumat yoxdur. Bremendəki zavodda 12000, Raştattda - 6500, Keçkemetdə - 4700 və Zindelfingendə - 25000 nəfər çalışır.