Türkiyənin Van şəhərində zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Yeraltı təkanlar 3,5 bal gücündə qeydə alınıb.
Yerli vaxtla saat 22:50-də baş verən zəlzələnin dərinliyi 9,82 km-dir.
Dağıntı və insan tələfatı barədə məlumat verilmir.