Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlamağının tərəfdarı olduğunu bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistanla Azərbaycan arasında sərhəd probleminin həlli ilə bağlı açıqlamasına cavabında deyib.
Qeyd edək ki, Mariya Zaxarova Gorus-Qafan avtomobil yolundakı vəziyyətdən danışarkən Ermənistanla Azərbaycan sərhədində delimitasiya və demarkasiya prosesinin başlamasının vacibliyini vurğulamışdı.