Rusiyanın Perm şəhərindəki Dövlət Milli Tədqiqatlar Universitetində pnevmatik silahdan açılan atəş nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, ölənlərin və zərərçəkənlərin sayı dəqiqləşdirilir.
Hücum edən şəxs saxlanılıb, onun həmin universitetin tələbəsi olduğu bildirilir.