İsveçin hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarə quş sürüsü ilə toqquşaraq yerə düşüb

A- A A+

İsveç hərbi hava qüvvələrinə məxsus “Saab JAS 39 Grippen” qırıcı təyyarəsi quş sürüsü ilə toqquşmadan sonra yerə düşüb.

NUHÇIXAN yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə ölkənin Ronnebi bələdiyyəsində səhər saatlarında baş verib. Qırıcı təqribən 1000 metr yüksəklikdə qəzaya uğrayıb. Pilot təlimata əsasən qəzadan ciddi zədələnən təyyarəni vaxtında tərk edib.

Qeyd edək ki, “JAS 39 Gripen” İsveçin məşhur aerokosmik şirkəti Saab tərəfindən istehsal edilən dördüncü nəslə aid birmotorlu qırıcı təyyarədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: