Türkiyə Prezidentinin Rusiyaya səfərinə hazırlıq gedir

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Soçidə görüşəcəklər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə məlumatı təsdiqləyib.

Kremlin nümayəndəsi deyib: “Həqiqətən, Türkiyə Prezidenti Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfərinə hazırlıq gedir”.

D.Peskov qeyd edib ki, tərəflər geniş əhatəli məsələləri müzakirə edəcəklər. O, daha sonra deyib: “Prezidentlərin ikitərəfli münasibətlər barədə danışmağa həmişə sözləri var. Bu münasibətlər olduqca çoxplanlıdır. Əlbəttə, Suriya məsələsi də, digər regional münaqişələr də müzakirə olunacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: