Türkiyə Prezidenti Nyu Yorkdakı "Türk Evi”nin açılışında iştirak edib - FOTOLAR

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu -Yorkda "Türk Evi"nin açılış mərasimində iştirak edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə çıxış edən Prezident Ərdoğan deyib ki, Nyu-York şəhərinə Türkiyənin tarixi və ənənəvi memarlığının qüsursuz bir nümunəsini əlavə etməkdən qürur duyur. Bu binanın Türkiyənin böyüklüyünü və artan gücünü əks etdirən bir şah əsəri olduğunu qeyd edib.

Türkiyə liderinin sözlərinə görə, “Türk Evi” binası, 2023-cü ildə qeyd olunacaq cümhuriyyətin 100 illiyi ərəfəsində Türkiyənin dünya arenasındakı xüsusi yerini əks etdirəcək. Prezident Ərdoğan "Türk Evi”nin Türkiyənin Birləşmiş Millətlər prinsiplərinə sadiqliyini, eyni zamanda çoxtərəfli, ədaləti və sülhü təmsil etdiyini qeyd edib. Türkiyənin dövlət başçısı bu mərkəzin onilliklər ərzində Türkiyənin diplomatik uğurlarının davamlı simvolu kimi xidmət edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə iştirak edən BMT-nin Baş katibi Antonio Quterreş Nyu-Yorkda "Türk Evi"nin açılışında olmasından dərin məmnunluq hissi keçirdiyini bildirib. Quterreş Türkiyənin başqa ölkələrdən gələn qaçqınlara göstərdiyi yardıma və onlara sığınacaq verdiyinə görə səmimi minnətdarlığını ifadə edib.

Xatırladaq ki, “Türk Evi” BMT-nin mənzil-qərargahı ilə üzbəüz yerləşir. Bu binada Türkiyənin BMT yanında daimi nümayəndəliyi və Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğu yerləşəcək. Bina 1977-ci ildə o zamankı Türkiyənin xarici işlər naziri İhsan Sabri Çağlayangilin səyləri sayəsində Amerikanın IBM şirkətindən alınıb. Burada 2013-cü ilədək Türkiyənin BMT yanında daimi nümayəndəliyi və Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğu yerləşib. Hazırda həmin yerdə 35 mərtəbəli göydələn tikilib, binanın fasadı ənənəvi türk memarlığı üslubundadır.

Hündürlüyü 171 metr və təxminən 20 min kvadrat metr olan sahəni əhatə edən binada, həmçinin çoxsaylı konfrans və sərgi salonları var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: