Yaponiya sahillərinə iki tufan yaxınlaşır

A- A A+

Yaponiya sakinləri ölkə ərazisinin geniş hissəsini əhatə edəcək güclü yağış və küləklə müşaiyət olunan iki tufanı qarşılamağa hazırlaşır.

NUHÇIXAN xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, avqustun 22-də günorta saatlarında “19 nömrəli” tufan Naqasaki prefekturasının cənub və cənub-qərb sahillərindən 290 kilometr məsafədədir. Tufanın saatda 20 kilometr sürətlə qərb və şimal-qərb istiqamətində irəlilədiyi bildirilir.

Bununla yanaşı, Yaponiyanın şimal-qərb sahillərinə Sakit okeandan saatda 30 kilometr sürətlə “20 nömrəli” adlandırılan ikinci tufanın da yaxınlaşdığı barədə xəbərlər yayılıb. Həmin tufanın avqustun 23-də Yaponiya sahillərinə çatacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: