Samsung şirkəti nəhəng Galaxy View 2 planşeti üzərində çalışır

A- A A+

NUHÇIXAN AndroidPolice saytına istinadən xəbər verir ki, Samsung şirkəti Galaxy View adlı planşetin ikinci nəslini təqdim etməyə hazırlaşır. Sayt həmçinin sözügedən planşetin bəzi texniki göstəricilərini də paylaşıb. Beləliklə Galaxy View 2 planşeti 17.5 inç Full HD ekran, Exynos prosessoru, 3 GB RAM, microSD girişi və USB Type-Cgirişi ilə təchiz olunacaq. Planşet Android Oreo əməlyyat sistemi vasitəsilə çalışacaq. Bununla yanaşı istifadəçinin planşetdən həm şaquli həmdə üfüqi şəkildə rahat istifadə etməsi üçün cihaz hansısa xüsusi özəlliyə sahib olacaq. Çox güman ki, söhbət, planşetin korpusuna bitişik hansısa dayaqdan gedir. Galaxy View 2-nin təqdimat və satış tarixləri barəsində isə hələki heç bir məlumat yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: