Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan geniş tərkibli heyətlə Ankaranın Esenboğa Hava Limanından Rusiyaya səfərə yola düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Soçi şəhərində Rusiya Prezidenti ilə görüşəcək.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri son bir həftədə ən çox müzakirə olunan siyasi mövzulardan birinə çevrilib. Ekspertlər hesab edirlər ki, bu səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin bir sıra prinsipial məsələlər, eləcə də Cənubi Qafqaz ilə bağlı mühüm qərarlar qəbul edəcəklər.