Rusiyanın müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov deputat mandatlarından imtina edərək, öz vəzifələrində qalıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumatda deyilir ki, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Sirus” Təhsil Mərkəzinin rəhbəri Yelena Şmelyova və Moskva şəhər 40 saylı xəstəxananın baş həkimi Denis Protsenko deputat mandatlarından imtina ediblər.
Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 27-də S.Lavrov və S.Şoyqunun “Yedinaya Rossiya” Partiyasında profil komissiyalarına rəhbərlik edəcəklərini bildirmişdi.
Qeyd edək ki, hakim “Yedinaya Rossiya” Partiyası sentyabrın 17-19-da keçirilən seçkilərdə 49,82 faiz səs toplayaraq qalib gəlib.