Oktyabrın 1-də İranın Buşəhr şəhəri yaxınlığında 5,2 gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi Tehran Universitetinin Geofizika Mərkəzinin açıqlamasına istinadla xəbər verir ki, zəlzələ yerin 10 kilometr dərinliyində baş verib. İranın Qırmızı Aypara Cəmiyyətindən verilən məlumata görə bəzi binalara zərər dəyib və 4 nəfər yaralanıb.
Qeyd etmək lazımdır ki, zəlzələ Buşəhr Atom Elektrik Stansiyasından 95 kilometr aralıqda baş verib.
Hadisə yerinə təcili olaraq xilasedicilər və tibbi yardım maşınları yollanıb.
İnsan tələfatı barədə hələlik məlumat yoxdur.