Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan saxlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, hazırda onun evində axtarış aparılır. Bildirilib ki, S.Qalstyan keyfiyyətsiz döyüş sursatlarının silahlanmaya qəbul edilməsi, nəticədə dövlətə külli miqdarda - təqribən 4,5 milyon dollar ziyan dəyməsi ilə bağlı başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl dindirilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti sentyabrın 30-da həmin iş üzrə keçmiş müdafiə naziri David Tonoyanın və “Patron Davo” ləqəbi ilə tanınan silah taciri David Qalstyanın həbs olunması barədə məlumat yayıb.
D. Tonoyan külli miqdarda mənimsəmədə günahlandırılır.