Angela Merkel Gürcüstandadır

A- A A+

Almaniya kansleri Angela Merkel Gürcüstana rəsmi səfərə gəlib.

NUHÇIXAN-ın məlumatına görə, bu, onun Gürcüstana ilk rəsmi səfəridir. A. Merkel Gürcüstan paytaxtında 10 il əvvəl qısa səfərdə olub.

Kanslerin təyyarəsi Tiflisin Şota Rustavelli aeroportuna planlaşdırılmış vaxtdan 15 dəqiqə tez enib.

Bu gün A.Merkel Gürcüstanın baş naziri Mamuka Baxtadze, daha sonra isə prezident Georgi Marqvelaşvili ilə görüşəcək. Sabah isə kanslerin ölkənin müxalifət partiyaları və tələbələrlə görüşü planlaşdırılır.

Qeyd edək ki, A.Merkel Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: