Ermənistanda müxalifətin müharibədən sonra keçirdiyi küçə aksiyaları yenidən bərpa olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə keçmiş prezident və "Hayastan" blokunun rəhbəri Robert Köçəryan keçirdiyi mətbuat konfransında bildirib.
Eks-prezident bəyan edib ki, tezliklə müxalifət fəal küçə mübarizəsinə başlayacaq.
-Bəli, biz küçələrdə də mübarizə aparacağıq. Amma bunun üçün lazımi şərait yetişməlidir. Ermənistanın hər yerində xalqla işləməliyik, xalqı inandırmalı, insanlar arasında təbliğat işləri aparmalıyıq. Onun sözlərinə görə, bu bir prosesdir və ölkədə hakimiyyəti dəyişmək üçün bütün mövcud vasitələrdən istifadə edilməlidir.