İranın cənubunda 4,9 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, "UTC" vaxtı ilə saat 10:52-da qeydə alınan yeraltı təkanların episentri ölkənin paytaxtı Kiş şəhərindən 63 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.