Türkiyədə başlanan 2021-2022-ci yeni ali təhsil ili münasibətilə Prezident Administrasiyasında rəsmi mərasim keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə ali təhsil sistemində aparılan islahatlar, bu sahədə qazanılan uğurlar və qarşıda dayanan vəzifələrdən danışıb.
Türkiyədə ali təhsilin səviyyəsini yüksəltmək, tələbələrin həyat şəraitinin yaxşılaşdırılması işlərini mühüm vəzifə kimi dəyərləndirən dövlət başçısı deyib: “Türkiyə tələbə yataqxanalarında bir milyondan çox sayda yerləşmə yeri ilə dünya üzə yataqxana təminatında ən çox yerə sahib ölkədir”.
Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, tələbələr üçün ümumilikdə 110 min yeri olan yeni yataqxanalar istifadəyə veriləcək.