Türkiyənin xarici işlər naziri Ukraynaya işgüzar səfərə gedir

A- A A+

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun oktyabrın 7-8-də Ukraynaya işgüzar səfəri olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, türkiyəli diplomatın səfəri Ukrayna xarici işlər naziri Dmitry Kulebanın dəvəti ilə Lvovda baş tutacaq.

Səfər çərçivəsində Türkiyə-Ukrayna Birgə Strateji Əməkdaşlıq Qrupunun 9-cu iclası keçiriləcək. Nazirlər, həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri, Qara dəniz regionunda təhlükəsizliyin qorunması məsələləri müzakirə ediləcək.

Bundan başqa nazirlər Türkiyə-Ukrayna Biznes Forumunda iştirak edəcəklər. Mövlud Çavuşoğlu İ.Franko adına Lvov Milli Universitetində təşkil olunan beynəlxalq konfransda çıxış edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: