Almaniyanın kansleri Angela Merkel oktyabrın 16-da Türkiyəyə səfər edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı "CNNTurk" yayıb.
A.Merkel Almaniyada 16 il iqtidarda olub.
Qeyd edək ki, sentyabrın 26-da Almaniyada parlament seçkiləri keçirilib. Almaniya Sosial Demokrat Partiyası (SPD) 25,7% səs toplayaraq qalib gəlib. Angela Merkelin əvvəllər sədri olduğu Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı (XDİ/XSİ) bloku 24,1 faizlə ikinci olub. Sonrakı yerləri “Yaşıllar” (14,8 faiz), Azad Demokratik Partiyası (AzDP, 11,5 faiz), Almaniya üçün Alternativ (AfD, 10.3 faiz) və “Solçular” (4,9 faiz) tutublar.