Ankarada Türkiyə və İran heyətləri arasında məsləhətləşmə xarakterli görüş olub

A- A A+

Ankarada Türkiyə və İran Xarici İşlər nazirliklərini təmsil edən heyətlər arasında məsləhətləşmə görüşü keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə heyətinə xarici işlə nazirinin müavini Sedat Önal, İran heyətinə isə Əli Bagiri Qəni rəhbərlik ediblər.

Türkiyə XİN-in yaydığı məlumata görə, görüşdə ikitərəfli münasibətlər, Suriya, Əfqanıstan, Qafqaz və Yəmən başda olmaqla beynəlxalq əhəmiyyətli və regional məsələlər ətrafında məsləhətləşmələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: