Rəcəb Tayyib Ərdoğan: Gələn il milli elektrik lokomotivimizin istehsalına başlayacağıq

A- A A+

İnkişafın əsas təməli olan rabitə və nəqliyyat sahəsinə qoyulan investisiyalar baxımından uzun bir yol qət edilib. Dünən qarşıya qoyulan məqsədlərin çoxu bu gün tamamlanmış layihələr sırasındadır. Tamamlanan layihələrlə yanaşı, həm də gələcək üçün etməli olduğumuz işləri, çatışmazlıqları, inkişaf etməkdə olan və dəyişən dünyanın yeni ehtiyacların görürük. Xüsusilə son illər qarşılaşdığımız qlobal böhranlar öz reallıqlarını ortaya qoyur. Bu vəziyyət digər sahələrlə yanaşı nəqliyyat və rabitə sektorunda da ciddi dəyişikliklərə və yeni istiqamətlərin yaranmasına səbəb olur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən XII Nəqliyyat və Rabitə Şurasının Sağlam Düşüncə Konfransında çıxışı zamanı bildirib.

Ölkədə nəqliyyat sektoruna qoyulan investisiyalar haqqında məlumat verən Türkiyə Prezidenti 2022-ci ildən Türkiyənin milli elektrik lokomotivinin istehsalına başlanılacağını bildirib.

Xatırladaq ki, üç gün davam edən konfransda ölkəmiz nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: