“SONY” və “TMSC” şirkətləri Yaponiyada yarımkeçiricilər zavodu inşa edəcək

A- A A+

Yaponiyanın “SONY” və Tayvanın “TSMC” şirkətləri Yaponiyada yarımkeçiricilərin istehsalı üzrə yeni zavod inşa edəcəklər.

NUHÇIXAN İnformasiya Agentliyi “Nikkei” qəzetinə istinadla xəbər verir ki, məqsəd yarımkeçiricilərə bütün dünyada yaranmış kəskin ehtiyacı aradan qaldırmaqdır. Bildirilir ki, layihənin reallaşdırılmasına ümumilikdə 800 milyard yen (7 milyard dollar) ayrılması nəzərdə tutulur. Vəsaitin təqribən yarısının Yaponiya hökuməti tərəfindən ayrılacağı qeyd edilir. Həmin zavodda smartfonlar və avtomobillər üçün mikrosxemlər istehsal ediləcək.

Kumamoto prefekturasının cənubunda inşa ediləcək zavodun 2024-cü ildə istismara veriləcəyi bildirilir.

Qeyd edək ki, hazırda bütün dünyada avtomobil və elektronika istehsalçıları yarımkeçiricilər çatışmazlığı ilə qaşılaşıblar. Bunun səbəbi kimi koronavirus pandemiyası nəticəsində istehsalın kəskin azalması və Yaponiyanın “Renesas Electronics” şirkətində martda baş vermiş yanğın göstərilir. Bu şirkət dünya mikrosxemlər bazarında 17 faiz paya malik idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: