Yaponiyada qasırğa səbəbindən 300-dən çox aviareys ləğv olunub

A- A A+

Yaponiyada “Simaron” qasırğası səbəbindən 300-dən çox aviareys ləğv olunub.

NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, həmçinin təbii fəlakətlə əlaqədar hökumət Osaka və Xirosima şəhərləri arasında “Sinkansen” sürət qatarlarının hərəkətini də dayandırmaq məcburiyyətində qalıb.

Qasırğanın gətirdiyi leysan yağışları nəticəsində küçələri su basıb, güclü külək damları uçurub. İlkin məlumata görə, 13 nəfər xəsarət alıb.

Meteoroloqlar Yaponiyanın qərb hissəsini təsiri altına alan “Simaron” tufanının zəifləyərək ciddi tropik qasırğa səviyyəsinə qədər azaldığını bildiriblər. Hazırda Yaponiya dənizi üzərində olan qasırğa saatda 45 kilometr sürətlə şimala doğru irəliləyir. Onun qərb rayonlarına güclü yağış və külək gətirəcəyi gözlənilir. Hökumət sürüşmə və daşqın təhlükəsinə görə əhaliyə təxliyə olunmağı tövsiyə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: